Bu ərzaqlar kəskin BAHALAŞDI - Qiymətlər son 3 ilin zirvəsində

Bu ərzaqlar kəskin BAHALAŞDI - Qiymətlər son 3 ilin zirvəsində

Hazırda oxunan: Bu ərzaqlar kəskin BAHALAŞDI - Qiymətlər son 3 ilin zirvəsində

611990

ABŞ və İsrailin İranla silahlı qarşıdurması dünya bazarında ərzaq qiymətlərinin kəskin artmasına səbəb olub. Müvafiq göstərici son üç ilin maksimum səviyyəsinə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına istinadən yazıb.

Agentliyin qeyd etdiyinə görə, qiymət artımında enerji resurslarının, gübrələrin və istehsal zəncirinin digər əsas komponentlərinin tədarükündə yaranan fasilələr həlledici rol oynayıb.

Nəticədə, aprel ayında ərzaq indeksi mart ayı ilə müqayisədə 1,6% artıb. İllik müqayisədə isə artım 2,5% təşkil edib. Ən çox bahalaşma bitki yağları, ət və taxıl məhsullarında müşahidə olunub.
 

Neft qiymətlərinin yüksəlməsi də əlavə faktor kimi çıxış edərək bioyanacağa olan marağı artırıb. Xüsusilə, bitki yağları indeksi mart ayı ilə müqayisədə 5,9% artaraq 2022-ci ilin iyul ayından bəri ən yüksək həddə çatıb. Ət məhsullarının qiyməti isə 1,2% artmaqla rekord göstəriciləri yeniləyib.


Artıq müxtəlif ölkələrin istehsalçıları dizel yanacağı və gübrələrin baha olması səbəbindən əkin sahələrinin ixtisarı və məhsuldarlığın aşağı düşəcəyi barədə xəbərdarlıq edirlər. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO