Ukrayna beynəlxalq ictimaiyyətdən kömək istədi

Ukrayna beynəlxalq ictimaiyyətdən kömək istədi

Hazırda oxunan: Ukrayna beynəlxalq ictimaiyyətdən kömək istədi
98396
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 10-da səhər saatlarında Rusiyanın raket hücumundan sonra Ukrayna beynəlxalq ictimaiyyətə müraciət edib. 

Bizim.Media xəbər verir ki, ölkənin daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko bildirib ki, Kiyevə təcili kömək lazımdır.

“Öldürülməyimizi izləməyin. Bu, şou deyil. Bu bizim həyatımızdır”, - o tviterdə yazıb. 

A.Qeraşşenko dünya dövlətlərindən döyüş təyyarələri və hava hücumundan müdafiə sistemləri istəyib: “Gecikmələr insan ölümünə səbəb olur. Bizə sağ qalmağımıza kömək edin. Qalib gəlməyimizə kömək edin”. 

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba isə bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin yeganə taktikası dinc şəhərlərdə terror törətməkdən ibarətdir:

"Amma o, Ukraynanı parçalaya bilməyəcək"

D.Kulebanın fikrincə, bu, həm də tərəfləri sülhə çağıranlara mesajdır: "Putin raketlərlə danışan terrorçudur".

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO