İstanbulda yeni metro xətti istifadəyə verildi - Açılışda Ərdoğan iştirak edib - VİDEO

İstanbulda yeni metro xətti istifadəyə verildi - Açılışda Ərdoğan iştirak edib - VİDEO

Hazırda oxunan: İstanbulda yeni metro xətti istifadəyə verildi - Açılışda Ərdoğan iştirak edib - VİDEO
96981
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İstanbulda yeni metro xətti istifadəyə verilib.

Bizim.Media xəbər verir ki, uzun zamandan bəri açılması gözlənilən bu xətt Sabiha Gökçən hava limanı ilə İstanbulun Asiya qitəsinin Pendik bölgəsi arasında fəaliyyət göstərəcək.

Bununla da sərnişindaşıma ilə Sabiha Gökçən aeroportundan Pendikə 10, şəhərin Kadıköy bölgəsinə isə 50 dəqiqəyə çatmaq mümkün olacaq.

Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

Çıxışında İstanbuldakı dəmiryolu xətlərinin yarısının ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən inşa edildiyini xatırladan Türkiyə Prezidenti vaxtilə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsini icra etdiyi dövrdən indiyədək yalnız xalqa xidmət göstərdiklərini vurğulayıb.

İstanbulda yağış, qar kimi fərqli təbiət hadisələrinin yaratdığı fəsadlara toxunan ölkə başçısı hazırkı bələdiyyə sədrinin işindəki nöqsanlara toxunub.

Bizim.Media

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO