O, PKK-nın hətta kürd vətəndaşlara da zərbə vurduğunu qeyd edib:
“Kürd vətəndaşlarımız PKK terror təşkilatı haqqında “Dövlətin insafı var, amma bunlarda insaf yoxdur”x9d ”“ deyirlər. Onlar hər gün evlərdən bir uşağı götürüb dağlara qaçırırlar. Övladları dağa qaçırılan analar Diyarbəkirdə bələdiyyə önündə toplaşırlar, amma gəlib onları da oradan qovurlar. Bəs hanı sizin azadlıq anlayışınız?"
Nazir çıxış zamanı ölkəsinə olan hücumların cavabsız qalmayacağını bildirib:
"Son dönəmlərdə Türkiyədə terror olayları artdı. Biz İŞİD-in də hücumlarına cavab verdik. Heç bir demokratik dövlət ölkənin müstəqilliyini təhdid edəcək hadisələrə imkan verməz. Biz də belə etdik. İndi onlar timsah göz yaşları tökməyə başlayıblar. PKK terror qruplaşmasının qeyri-səmimiliyini bütün dünya gördü”x9d.



































































































