\

\"Apple\" yeni \"İOS-16\" əməliyyat sistemini təqdim etdi - FOTO 

Hazırda oxunan: \"Apple\" yeni \"İOS-16\" əməliyyat sistemini təqdim etdi - FOTO 

78092

İyunun 6-da illik “WWDC 2022 Developer” Konfransında Apple yeni məhsullarını təqdim edib. 

Bizim.Media xəbər verir ki, bütün diqqətlər “iOS 16” üçün təkmilləşdirilmiş əməliyyat sisteminə yönəldilib. Bundan başqa, “Apple” fanatlarına “M2” prosessorlu yeni “MacBook Air” və “Pro” noutbukları, həmçinin “Apple Watch”, “iPad” və “Mac” üçün əməliyyat sisteminin yenilikləri təqdim olunub. Kilid ekranında ən diqqət çəkən yeniləmə şriftin dəyişdirilməsidir.

İstifadəçilərin arsenalında bir anda bir neçə üslub görünəcək ki, bu da onlara vaxt və tarix dizaynı ilə sınaq keçirməyə imkan verəcəkdir. 

Bildirişlər aşağı düşür. Birincisi, “Apple” “Safari”də ünvan sətrini aşağı köçürüb, çünki müasir altı düymlük (və ya daha böyük) smartfonların istifadəçiləri hər zaman ekranın yuxarı hissəsinə çatmaqdan yorulurlar. İndi isə bildirişlər aşağıda olacaq. 
Mesajların göndərilməsini ləğv etmək imkanı olacaq. “İmessage”də göndərilən mesajları indi redaktə edə və ya silə bilərsiniz.

Bunun Telegram-da olduğu kimi izsiz keçəcəyi, yoxsa həmsöhbətin mesajın çatdan silindiyini görəcəyi hələlik bəlli deyil. 

Şəklin fərdi elementlərini ayırmaq mümkün olacaq. “iPhone”da şəkillərlə işləmək həvəskarları qrafik obyektləri fotoşəkildən ayıraraq köçürə biləcəklər. Məsələn, itinizi fotoşəkildən köçürə və stiker kimi dostunuza göndərə bilərsiniz. 

Rəşad Əliyev, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO