Başı kəsilmiş 70 meyit tapıldı

Başı kəsilmiş 70 meyit tapıldı

Hazırda oxunan: Başı kəsilmiş 70 meyit tapıldı

73048
Nigeriyada hərbçilər İŞİD-ə qoşulmuş "Boko Haram" qruplaşmasından geri aldıqları qəsəbədə kütləvi məzarlıq aşkarlayıb.

ANS PRESS-in məlumatına görə, 70-dən çox meyidi aşkarlanmış, kimlikləri bəlli olmayan bu insanların edam olunduğu, çoxunun başının kəsildiyi bildirilir. Dəhşət doğuran kütləvi məzarlıq Nigeriyanın Damasaka qəsəbəsində körpünün altında üzə çıxıb.

Ərazidən gələn kəskin çürümə qoxusu, ərazidə başqa meyitlərin də basdırıldığını düşünməyə vadar edir. Silahlılar həmin qəsəbəni martın 14-ü "Boko Haram" qruplaşmasından azad edib. Hazırda Nigeriya ordusu ölkənin şimal-şərqində ekstrimistlərin kökünü kəsmək üçün geniş miqyaslı əməliyyatlar keçirir.

Bu yaxınlarda İŞİD liderinə beyət etmiş "Boko Haram" terrorçu qruplaşması Nigeriyanın şimal şərqində şəriət qaydaları ilə idarə olunacaq İslam dövləti qurmağa çalışır. Qruplaşma silahlı mücadiləyə başladığı vaxtdan bəri son 6 il ərzində minlərlə insanın həyatına son qoyub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO