İŞİD-dən misilsiz saxtakarlıq -   FOTO

İŞİD-dən misilsiz saxtakarlıq - FOTO

Hazırda oxunan: İŞİD-dən misilsiz saxtakarlıq - FOTO

68841
İŞİD terror qruplaşmasının saxtakarlığını əks etdirən foto şəkillər yayılıb. ANS PRESS-in məlumatına görə, qruplaşmaya aid saytlarda yayılmış fotolarda BMT tərəfindən bölgəyə göndərilən humanitar yardım paketlərinin İŞİD loqosu ilə yerlilərə paylandığı görünür.xa0

“Əl Ərəbiyyə”x9dnin xəbərinə görə, BMT Dünya Ərzaq Proqramının (UNWFP) layihəsi olan yardım qutularının üstünə “İslam Dövləti Zəkat Palatası”x9d yazılıb. Qutulara sonradan yapışdırılmış yazılarla qruplaşma üzvləri “Allah adına”x9d misilsiz saxtakarlığa yol verir və qarət etdiyi ərzaq məhsullarını suriyalılara zəkat kimi paylayır.xa0

Qruplaşma üzvlərinin “yardım”x9d kimi payladığı bu ərzaq paketlərini hardan əldə etdiyi isə hələlik bilinmir.xa0

BMT Dünya Ərzaq Proqramının yerli kordinatoru Muhannad Hani bildirib ki, qurum İŞİD-in bu hərəkətini kəskin pisləyir. Hani, foto şəkillərlə bağlı istintaq başladıldığını deyib.xa0








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO