
- A-
- A
- A+
Rusiya fiqurlu konkisürənlər Varşavada keçiriləcək turnirə buraxılmadı
Polşa Rusiyadan olan fiqurlu konkisürənlərin noyabrın 25-29-da Varşavada keçiriləcək “Challenger” seriyasına daxil olan PGE Warsaw Cup 2026 turnirində iştirakına icazə verməyəcək.
Bizim.Media “RIA Novosti”yə istinadən xəbər verir ki, bunu Polşanın idman nazirinin müavini Pyotr Borıs bildirib.
“Bizə məlumdur ki, rusiyalılar fiqurlu konkisürənlər kimi iştirak üçün müraciət ediblər. Onların yarışda iştirakına icazə verilməyəcək”, – deyə Borıs PAP agentliyinə açıqlamasında bildirib.
Agentliyin məlumatına görə, Polşa Fiqurlu Konkisürmə Federasiyası İdman Nazirliyindən rusiyalı idmançıların yarışa buraxılmaması barədə konkret göstəriş alıb.
Turnirin iştirakçıları siyahısına iki Rusiya rəqs dueti – Anna Kolomenskaya və Artyom Frolov, eləcə də Yekaterina Mironova və Yevgeni Ustenko daxil edilib. Daha əvvəl RIA Novostiyə danışan mənbə Kolomenskaya və Frolovun viza məsələsini vaxtında həll edə bilmədikləri üçün Varşavada çıxış etməyəcəklərini bildirmişdi.
Qeyd edək ki, Polşa daha əvvəl də rusiyalı idmançılara viza verməkdən imtina edib. Ölkədə 2022-ci ilin sentyabrından Rusiya vətəndaşlarının, o cümlədən idmançıların ölkəyə girişinə məhdudiyyətlər tətbiq olunur.
2025-ci ilin aprelində Polşanın İdman və Turizm Nazirliyi bu məhdudiyyətlərin neytral status altında yarışlarda iştirak edən idmançılara da şamil olunduğunu təsdiqləyib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































