Rusiya Kiyev vilayətində yaşayış binasına zərbə endirdi: Dağıtılar var

Rusiya Kiyev vilayətində yaşayış binasına zərbə endirdi: Dağıtılar var

Hazırda oxunan: Rusiya Kiyev vilayətində yaşayış binasına zərbə endirdi: Dağıtılar var
649017
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynanın Kiyev vilayətinin Vışqorod rayonunda Rusiyanın pilotsuz uçuş aparatının hücumu nəticəsində beşmərtəbəli yaşayış binasına ziyan dəyib.

Bizim.Media xəbər verir ki, Kiyev vilayət administrasiyasının rəhbəri Timur Tkaçenkonun məlumatına görə, zərbə nəticəsində yanğın başlayıb, binanın birinci mərtəbəsindən beşinci mərtəbəsinədək mənzillər dağılıb. Xilasedicilər sakinlərin təxliyəsini həyata keçirirlər.

Hücum zamanı mağaza binasına da ziyan dəyib. Ölən və yaralananların olub-olmadığı dəqiqləşdirilir.

Hadisə yerində Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşları, psixoloqlar və təcili tibbi yardım briqadası çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO