Rusiya Avropanı müharibə ilə hədələdi

Rusiya Avropanı müharibə ilə hədələdi

Hazırda oxunan: Rusiya Avropanı müharibə ilə hədələdi
647172
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Avropada informasiya müharibəsi artıq geniş vüsət alıb, lakin Rusiyanın hərbi qarşıdurmaya başlama ehtimalını da istisna etmək olmaz”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Quru Qoşunları Silahlı Qüvvələrinin Ehtiyatda olan Hərbçilər Şurasının sədri, hərbi ekspert İvan Timoçko UNİAN-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun Avropa ilə müharibənin “çox qısa” olacağı barədə bəyanatını şərh edərkən bildirib.

Ekspertin sözlərinə görə, informasiya müharibəsində Rusiyanın artıq müəyyən uğurları var:

“Belə ki, Rusiya idmançılarının beynəlxalq idmana qayıtması, MAQATE-nin Rusiyaya güzəştləri və BMT baş katibinin Putin qarşısında geri çəkilməsi Moskvanın əldə etdiyi nəticələr sırasındadır”.

Timoçko hesab edir ki, siyasi-informasiya müstəvisində Rusiya artıq təşəbbüsü ələ keçirib:

“Lakin Moskva ənənəvi hərbi qarşıdurmaya başlamağa cəsarət etmir, çünki belə bir müharibənin öhdəsindən gələ bilməyəcəyini anlayır”.

Onun sözlərinə görə, Ukrayna sübut edib ki, Avropanın nisbətən az həcmdə hərbi yardımı şəraitində belə Rusiyanın itkiləri 500 min nəfərə çatıb. Bu rəqəm Rusiyanın öz məlumatlarında da əksini tapır. Eyni zamanda, Rusiya ordusunun irəliləyişi də effektiv deyil.

Hərbi ekspert qeyd edib ki, Avropa ilə müharibə baş verərsə, Rusiya ümumi əhalisi təxminən 500 milyon nəfər olan ölkələrlə qarşılaşmalı olacaq.

Bununla belə, Timoçko vurğulayıb ki, bu, hələlik nəzəriyyədir. Onun fikrincə, Avropa ölkələrinin müharibə zamanı necə davranacağını əvvəlcədən müəyyənləşdirmək çətindir.

“Texniki və maddi imkanları müqayisə etmək asandır, lakin Avropanın müxtəlif ölkələrdən ibarət olduğunu nəzərə alsaq, kimin həqiqətən müqavimət göstərəcəyini hesablamaq çox çətindir. Bütün ölkələrin vahid orqanizm kimi fəaliyyət göstərmək istəyib-istəməyəcəyi isə kifayət qədər mübahisəli məsələdir”, – deyə ekspert bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO