
- A-
- A
- A+
Kiprin lideri Ərdoğandan Fon der Lyayenə şikayət etdi – Foto-Video
Antalyada keçirilən COP31 Liderlər Sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşılamadığı Kipr Respublikasının lideri Nikos Xristodulidis Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenə şikayət edib.
Bizim.Media xəbər verir ki, Xristodulidis ikitərəfli görüş zamanı Ərdoğanın onu qarşılamadığını bildirərək, “Prezident Ərdoğan məni qarşılamadı”, – deyə narazılığını ifadə edib.
Qeyd edək ki, Ərdoğan sammitə gələn digər dövlət və hökumət başçılarını BMT-nin baş katibi Antonio Quterreşlə birlikdə qarşılayıb.
Lakin Xristodulidisin gəlişi zamanı Türkiyə Prezidenti qarşılama mərasimində iştirak etməyib. Onu yalnız Quterreş qarşılayıb.
Bundan əvvəl Kipr hökumətinin sözçüsü Konstantinos Letimbiotis Ərdoğanın qarşılama yerindən ayrılmasını BMT-yə hörmətsizlik kimi qiymətləndirmişdi.
Sammitdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanı isə Ərdoğan qarşılayıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































