
- A-
- A
- A+
Ərdoğanın Şaraaya verdiyi sual qarşılanma mərasiminə damğa vurdu - Video
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya Prezidenti Əhməd Şaraa arasında COP31 Liderlər Sammiti çərçivəsində diqqətçəkən dialoq yaşanıb.
Bizim.Media xəbər verir ki, Ərdoğan Şaraya ərəbcə “Keyfə Suriya?” (Suriya necədir?) sualını verib. Şaraa isə təbəssümlə “Əlhəmdülillah” cavabını verib.
İki lider arasında baş tutan səmimi dialoq sammitin qarşılanma mərasimində yadda qalan məqamlardan biri olub.
Xatırladaq ki, Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində dünya liderləri bir araya gəlib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Antalya EXPO Mərkəzində təşkil olunan Liderlər Sammitində 102 ölkənin dövlət və hökumət başçıları iştirak edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































