Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir

Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir

Hazırda oxunan: Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir
647148
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bioloji fəallığa malik qida əlavələrinin nəzarətsiz və həkim məsləhəti olmadan qəbulu qaraciyər sağlamlığı üçün ciddi təhlükə yaradır”.

Bizim.Media xəbər verir ki, bu barədə tibb elmləri namizədi, qastroenteroloq Yekaterina Kaşux bildirib.

Mütəxəssis qeyd edib ki, mənşəyi və tərkibinin həqiqiliyi şübhə doğuran bioloji fəal əlavələr qaraciyər üçün gizli təhdiddir:

“Çox insan yanlış olaraq “təbii” əlavələri tamamilə təhlükəsiz vasitə hesab edir. Lakin məhz Bioloji fəallığa malik qida əlavələri tez-tez qaraciyərin dərman zədələnməsinə gətirib çıxarır. Əlavələrin tərkibindəki bəzi ekstraktlar yüksək dozada hepatositlər (qaraciyər hüceyrələri) üçün zəhərlidir. Təəssüf ki, insanlar çox vaxt həkimlə məsləhətləşmədən özlərinə sərbəst şəkildə bunu təyin edir və dozaları özləri seçirlər”.

Həkim vurğulayıb ki, bioloji fəallığa malik qida əlavələrinin uzunmüddətli və nəzarətsiz qəbulu zamanı qaraciyərə düşən toksik yük artır, hüceyrələr zədələnir.

“Vəziyyəti mürəkkəbləşdirən əsas məqam isə qaraciyər problemlərinin uzun müddət özünü bərüzə verməməsidir. Simptomlar yalnız zədələnmə prosesi dərinləşdikdən sonra üzə çıxır, - deyə o əlavə edib. (qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO