
- A-
- A
- A+
İpoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən cari ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır.
Fonddan Bizim.Media-ya bildirilib ki, müraciətlərin qəbuluna noyabrın 13-ü saat 15:00-dan etibarən başlanılacaq.
Vətəndaşlara noyabrın 12-dək elektron kabinetlərinin formalaşdırılması tövsiyə edilir.
Müraciətlərin qəbulu “Mygov” portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən həyata keçiriləcək. Vətəndaşlar müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksionallığı ilə təsdiqləyə biləcəklər.
Bununla yanaşı bildirilir ki, sonradan imtina edilmiş müraciətlər üzrə formalaşan qalıq limitlər həcmində müraciətlərin qəbulu cümə günləri saat 12:00-dan etibarən həyata keçiriləcək.
Müraciətə dair təlimatla fondun rəsmi internet səhifəsində (www.mcgf.gov.az/storage/Talimat.pdf), həmçinin “Mygov” portalının müvafiq bölməsində tanış ola bilərsiniz.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































