Ukrayna, Rusiya və ABŞ rəsmiləri bu şəhərdə bir araya gəldi

Ukrayna, Rusiya və ABŞ rəsmiləri bu şəhərdə bir araya gəldi

Hazırda oxunan: Ukrayna, Rusiya və ABŞ rəsmiləri bu şəhərdə bir araya gəldi
647146
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə müharibənin tənzimlənməsinə dair Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli danışıqların ikinci mərhələsi keçirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinə rəhbərlik edən Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov “Telegram”dakı paylaşımında bildirib.

Ukraynanın yerli KİV-lərinin yaydığı məlumata görə, bugünkü görüşdə əsas müzakirə mövzusu ərazi məsələsi olacaq.

“Biz Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlar formatında müzakirələr aparırıq. Gündəlikdə hərbi əməliyyatlara son qoymaq və sülhü yaxınlaşdırmaq kimi əsas məsələlər var", - deyə Umerov əlavə edib.

O qeyd edib ki, nümayəndə heyəti Ukrayna Prezidenti tərəfindən müəyyən edilmiş məqsədlərə uyğun olaraq çalışır.

Xatırladaq ki, üçtərəfli danışıqların ilk mərhələsi noyabrın 10-da keçirilmişdi.

Bundan əvvəl Ukrayna nümayəndə heyəti ilk görüşünü Əbu-Dabidə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, NATO və Avropa Komissiyasının nümayəndələri ilə keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO