İranın nəzarətində olan şəbəkə gizli agentləri qayıqlarla Böyük Britaniyaya daşıyır

İranın nəzarətində olan şəbəkə gizli agentləri qayıqlarla Böyük Britaniyaya daşıyır

Hazırda oxunan: İranın nəzarətində olan şəbəkə gizli agentləri qayıqlarla Böyük Britaniyaya daşıyır

627500

İranın nəzarətində olduğu iddia edilən qaçaqmalçılıq şəbəkəsinin kiçik qayıqlarla Böyük Britaniyaya "gizli agentlər" daşıdığı bildirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın The Telegraph qəzeti iranlı mənbələrə istinadən məlumat yayıb.
 

Nəşrin yazdığına görə, Böyük Britaniya hüquq-mühafizə orqanları daha əvvəl İran kəşfiyyatı ilə əlaqəli olduğu ehtimal edilən şəxsləri ölkəyə qayıqlarla daxil olmağa cəhd edərkən saxlayıblar.


Qəzetin həmsöhbəti olan britaniyalı yüksəkvəzifəli məmur bildirib ki, Londonda yaşayan İran diasporunun radikallaşması ölkənin milli təhlükəsizliyi üçün qeyri-qanuni miqrasiyadan daha ciddi təhlükə hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO