Kərim Xan vəzifəsindən çıxarılmasına etiraz edəcək - Putinə görə BAŞI BƏLADA

Kərim Xan vəzifəsindən çıxarılmasına etiraz edəcək - Putinə görə BAŞI BƏLADA

Hazırda oxunan: Kərim Xan vəzifəsindən çıxarılmasına etiraz edəcək - Putinə görə BAŞI BƏLADA

627498

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) sabiq prokuroru Kərim Xan vəzifəsindən uzaqlaşdırılması ilə bağlı qərardan apellyasiya şikayəti verməyə hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

Məlumata görə, Kərim Xanın vəkilləri onun barəsində aparılan intizam prosedurunu tənqid edərək, prosesi "prosessual baxımdan ədalətsiz" adlandırıblar.

Qeyd edək ki, Kərim Xan 2021-ci ilin iyun ayından Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru vəzifəsində çalışıb. O, 2023-cü ildə Rusiya Prezidenti Vladimir Putin və Rusiyanın uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın həbsi ilə bağlı order vermişdi.
 

2024-cü ilin oktyabrında Kərim Xana qarşı seksual xarakterli zorakılıq ittihamları irəli sürülmüşdü. Araşdırma müddətində o, ödənişsiz məzuniyyətə göndərilmiş və vəzifə səlahiyyətlərini icra etməmişdi.


2026-cı il iyulun 24-də isə Kərim Xan Beynəlxalq Cinayət Məhkəməsindəki vəzifəsindən rəsmən uzaqlaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO