Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

Hazırda oxunan: Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

625044

Səudiyyə Ərəbistanı Yəmənin paytaxtı Sənada beynəlxalq hava limanını vurub.
Yəmən Silahlı Qüvvələri İrana məxsus təyyarənin eniş etməsinin qarşısını almaq üçün üsyançı “Ənsar Allah” (husilər) hərəkatının nəzarətində olan Səna şəhərinin beynəlxalq hava limanının uçuş-eniş zolağına zərbə endirib.

Bizim.Media Yəmən dövlət informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

“İran rejimi tərəfindən dəstəklənən husilərin terror birləşmələri Yəmən milli aviaşirkətinin paytaxt Sənanın hava limanına enməsinə qadağa qoyub və İran təyyarəsinin Yəmən ərazisinə müdaxilə etməsini tələb edib, buna görə də hava limanının uçuş-eniş zolağı zərbəyə məruz qalıb”, - nazirliyin açıqlamasında bildirilib.

Zərbədən az əvvəl Müdafiə Nazirliyi Səna hava limanının dərhal təxliyə edilməsinə çağırıb və vətəndaşları obyektə yaxınlaşmamaq barədə xəbərdar edib.
 

Nazirlik ölkənin hava məkanını pozmağa cəhd edən istənilən təyyarənin qarşısını almağa hazır olduğunu vurğulayıb və bu tədbirlərin milli suverenliyin qorunmasına yönəldiyini qeyd edib.


Qeyd edək ki, daha əvvəl “Əl-Məsirə” kanalı zərbənin Səudiyyə Ərəbistanı tərəfindən endirildiyi ilə bağlı məlumat yaymışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO