Avropa İttifaqı (Aİ) ölkələri hələlik Rusiyaya qarşı 21-ci sanksiyalar paketi ilə bağlı yekun razılığa gələ bilməyiblər.
Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas danışıb.
Onun sözlərinə görə, paket üzərində iş davam etsə də, bəzi açıq qalan məsələlər hələ də həllini tapmayıb.
Razılıq əldə olunmasa da, Aİ ümid edir ki, sanksiya siyahısına 250 fiziki və hüquqi şəxsi daxil edə bilsin.
Kallas qeyd edib ki, bu, bir paket çərçivəsində indiyədək təsdiqlənən ən böyük sanksiya siyahısı olacaq.
Litvanın xarici işlər naziri Kəstutis Budrisin sözlərinə görə, əsas fikir ayrılıqları Rusiyaya qarşı dəniz xidmətlərinin qadağan edilməsi və mayeləşdirilmiş təbii qaz (LNG) ilə bağlı məhdudiyyətlərin sərtləşdirilməsi kimi məsələlərdə qalmaqdadır.
Aİ-nin sanksiyalar siyasətinə əsasən, yeni paket qüvvəyə minməzdən əvvəl 27 üzv dövlətin hamısı tərəfindən yekdilliklə bəyənilməlidir.
Diplomatik danışıqların davam etdiyi və tərəflərin razılığa gəlməyə çalışdığı bildirilir
Bizim.Media




































































































