Kiyevdə ölənlərin sayı 19-a çatdı

Kiyevdə ölənlərin sayı 19-a çatdı

Hazırda oxunan: Kiyevdə ölənlərin sayı 19-a çatdı

623716

Ukraynanın paytaxtı Kiyevə iyulun 6-na keçən gecə endirilən kütləvi raket zərbələri nəticəsində həlak olanların sayı artıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti (DSNS) məlumat yayıb.

Xilasedicilər Darniçski rayonunda dağıntılar altından daha bir cəsədi çıxarıblar. Bununla da, hücum nəticəsində həyatını itirənlərin ümumi sayı 19 nəfərə çatıb.

Qeyd olunur ki, dağıntıların təmizlənməsi və axtarış-xilasetmə işləri hələ də davam edir. Rəsmilər uçqun altında qalanların ola biləcəyini istisna etmirlər, bu səbəbdən ölənlərin sayının artacağı ehtimal olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO