Solovyovdan ETİRAF: "Rusiyada pul yoxdur, işlər dayanıb"

Solovyovdan ETİRAF: "Rusiyada pul yoxdur, işlər dayanıb"

Hazırda oxunan: Solovyovdan ETİRAF: "Rusiyada pul yoxdur, işlər dayanıb"

620801

Rusiyalı tanınmış teleaparıcı Vladimir Solovyov ölkədə körpüləri Ukrayna ordusunun hücumlarından qorumalı olan qoruyucu bəndlərin tikinti işlərinin dayandığını bəyan edib. O, buna səbəb kimi maliyyə çatışmazlığını göstərib.

Bizim.Media xəbər verir ki, Solovyov bu barədə "Voskresnıy veçer" ("Bazar axşamı") verilişinin efirində Rusiya Mərkəzi Bankının uçot dərəcəsini cəmi 25 baza bəndi — 14,5%-dən 14,25%-ə qədər azaltmaq qərarını kəskin tənqid edərkən danışıb.
 

Teleaparıcının sözlərinə görə, bu bəndlər Ukraynanın Rusiyanın infrastruktur və logistika sistemini sıradan çıxarmaq üçün hədəf aldığı körpülərin mühafizəsi məqsədilə inşa edilir. Lakin o vurğulayıb ki, "son bir neçə gündür işlər dayanıb — çünki pul yoxdur".


Solovyov həmçinin əlavə edib ki, Rusiyanın müasir Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin istehsalını genişləndirməyə ehtiyacı var, lakin bunun üçün iqtisadiyyatın "soyudulması" deyil, böyük maliyyə vəsaiti və inkişaf edən iqtisadiyyat tələb olunur.

Bundan əlavə, aparıcı hüquq-mühafizə orqanlarını Mərkəzi Bankın sədr müavini Aleksey Zabotkini yoxlamağa çağırıb. Buna səbəb kimi Zabotkinin iri sənayeçilərdən birinə Rusiyanın "texnoloji suverenliyi" barədə dediyi iddia edilən bəzi fikirlər göstərilib.

Qeyd edək ki, bu bəyanatlar fonunda medianın yaydığı məlumatlara görə, Rusiyanın hərbi xərcləri artmaqda davam edir.

"Bloomberg" agentliyinin məlumatına əsasən, cari ildə müdafiə xərcləri ilkin plandan 4-5 trilyon rubl daha çox ola bilər. İqtisadçı Yanis Klüge isə Rusiyanın təkcə birinci rübdəki hərbi xərclərini 5,9 trilyon rubl həcmində qiymətləndirib ki, bu da federal büdcənin ümumi xərclərinin demək olar ki, yarısını təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO