"Apple" şirkəti 2027-ci ildə təqdim edəcəyi cihazlar üzərində aktiv işə başlayıb.
Bizim.Media xəbər verir ki, "Bloomberg"in yaydığı məlumata görə, texnologiya nəhəngi "iPhone"un 20 illiyi münasibətilə tamamilə fərqli yubiley seriyası, kameralı qulaqlıqlar və digər maraqlı qadcetlər hazırlayır.
Yubiley "iPhone"u və qatlanan model
İlk "iPhone"un 20 illik yubileyinə özəl olaraq hazırlanacaq yeni smartfon xətti gələcək "iPhone 18 Pro" və "Pro Max" modellərini əvəz edəcək. Cihaz kənarları tamamilə çərçivəsiz və yumru dizayna sahib olacaq. Bu yubiley modelləri, eləcə də şirkətin ikinci nəsil qatlanan smartfonu TSMC-nin 2 nanometrlik texnoloji prosesi ilə hazırlanan ən yeni "A21" flaqman prosessoru ilə təchiz ediləcək.
Kameralı "AirPods"
İstifadəçiləri ən çox təəccübləndirəcək yeniliklərdən biri daxili kameralara sahib növbəti nəsil "AirPods" qulaqlıqları olacaq. Bu kameralar ətraf mühiti analiz edərək süni intellektin ("Apple Intelligence") daha dəqiq işləməsini təmin edəcək. Cihaz istifadəçinin harada olduğunu və nə etdiyini anlayaraq "Siri" vasitəsilə daha keyfiyyətli xidmət göstərəcək.
Ağıllı eynəklər və "iOS 28"
"Apple" həmçinin "Meta" şirkətinə rəqib olaraq "N50" kod adlı yüngül və gündəlik istifadə üçün nəzərdə tutulmuş artırılmış reallıq (AR) eynəklərini və üzərində kamera olan ağıllı kulon layihəsini təqdim etməyi planlaşdırır. Bütün bu ekosistem yeni "iOS 28" əməliyyat sistemi üzərində çalışacaq.
Qeyd edək ki, bu nəhəng yeniliklər "Apple"ın 1 sentyabr 2026-cı ildə rəsmən vəzifəsinin icrasına başlayacaq yeni baş direktoru (CEO) Con Ternus üçün süni intellekt və geyilə bilən elektronika bazarında mövqelərini möhkəmlətmək baxımından mühüm sınaq olacaq.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:00 / 18.06.2026
"Apple"ın 2027-ci il planları məlum oldu - Hansı "sürpriz"lər olacaq?
Hazırda oxunan: "Apple"ın 2027-ci il planları məlum oldu - Hansı "sürpriz"lər olacaq?
Hazırda oxunan: "Apple"ın 2027-ci il planları məlum oldu - Hansı "sürpriz"lər olacaq?
620087
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































