Poçt britaniyalı sakinin sifarişini 19 il sonra çatdırdı

Poçt britaniyalı sakinin sifarişini 19 il sonra çatdırdı

Hazırda oxunan: Poçt britaniyalı sakinin sifarişini 19 il sonra çatdırdı
618059
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Böyük Britaniya sakini təxminən 19 il əvvəl ona göndərilən jurnalın bir nüsxəsini alıb.

Bizim.Media xəbər verir ki, bu barədə BBC teleradio korporasiyası məlumat yayıb.

Çester şəhərindən olan 52 yaşlı fantastika janrında yazan yazıçı Pol Edvards bildirib ki, "Mother & Baby" (Ana və Körpə) jurnalını təxminən 19 il əvvəl sifariş edibmiş. Nəşrdə uşaqların tərbiyəsi ilə bağlı məsləhətlər yer alıb.
 

Həmin vaxt yazıçının qızı altı aylıq olub, ailə isə oğlan övladının dünyaya gəlməsini gözləyirmiş. Britaniyalının sözlərinə görə, o, jurnalın vaxtında çatdırılmadığının fərqinə belə varmayıb. Göndəriş gözlənilmədən yalnız indi gəlib çıxıb.


Edvards qeyd edib ki, poçt xidmətinin üzrxahlıq qeydi olan, yarıya qədər cırılmış və büzüşmüş bağlamasını alıb və ilk növbədə içində nə olduğunu anlamayıb. O, zarafatla qeyd edib ki, jurnal ona çatdırılana uşaqları artıq böyüyərək evi tərk edib. Hazırda onların 18 və 20 yaşları var və hər ikisi universitetdə təhsil alır.

"Royal Mail" şirkətindən bildiriblər ki, onlar şöbələrin və çeşidləmə avadanlıqlarının fəaliyyətini mütəmadi olaraq yoxlayırlar. Poçt xidmətindən ehtimal ediblər ki, jurnal itməyib, sadəcə illər sonra hansısa şəkildə yenidən poçt sisteminə düşüb və nəticədə ünvana çatdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO