Türkiyədə Təhlükəsizlik Şurasının iclası keçiriləcək

Türkiyədə Təhlükəsizlik Şurasının iclası keçiriləcək

Hazırda oxunan: Türkiyədə Təhlükəsizlik Şurasının iclası keçiriləcək

618002

Türkiyədə bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Bu barədə “Sputnik”in Türkiyə bürosu məlumat yayıb.

Qeyd olunur ki, iclas zamanı ilk növbədə seçkilərin təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə olunacaq.

Prezident iqamətgahında keçiriləcək iclasda həmçinin terrorla mübarizə əməliyyatları, regional və qlobal məsələlərin də müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, bu, Şuranın il başlayandan indiyə qədər ikinci iclası olacaq. İclasın gündəliyində yer alan mövzular sırasında Egey və Şərqi Aralıq dənizində baş verən hadisələr, Yunanıstanın silahlanması, Egey dənizindəki təxribatları, həmçinin Şərqi Aralıq dənizində Türkiyə və Şimali Kiprin beynəlxalq hüquqdan irəli gələn haqlarının müdafiəsi istiqamətində səylərin müzakirəsi məsələlərinin də yer alması olması qeyd olunub.

Türkiyənin Ukrayna müharibəsində sülhə nail olmaq üçün göstərdiyi səylər və atəşkəs məsələsi də iclasda aparılacaq müzakirələrdə yer alacaq.

İclasdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO