İkinci Qarabağ müharibəsi iştirakçısı Asim Bağırov əlilliyin yenidən qiymətləndirilməsi prosesində problemlə qarşılaşdığını bildirir.
Bizim.Media xəbər verir ki, A.Bağırov 2020-ci il oktyabrın 2-də torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə ayaqlarından qəlpə yarası alıb.
2021-ci il sentyabrın 27-də isə ona 5 il müddətinə əlillik statusu verilib.
O, bütün lazım olan sənədləri toplasa da, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında keçirilən Komissiyadan imtina cavabı alıb:
"Mən bütün sənədlərimi topladım, müayinələrdən keçdim. Bu qədər diaqnoza baxmayaraq, Mingəçevir Xəstəxanasındakı Komissiya mənə imtina aktı tərtib etdi. Bu qərar qanunsuzdur. Məsələ ilə bağlı direktorun qəbulunda oldum və nə üçün imtina edildiyini soruşdum. O isə cavabında "kimə istəyirsənsə, şikayət et" dedi".
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) qeyd olunub ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyası tərəfindən aparılan ətraflı və kollegial qiymətləndirmə nəticəsində mövcud tibbi göstəricilərin əlilliyin qiymətləndirilməsi meyarlarına uyğun olmadığı müəyyən edilib:
"Əlillik dərəcəsinin müəyyən edilməsi üçün kifayət qədər tibbi əsaslar formalaşmadığından Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq vətəndaşa tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməyib". (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:49 / 29.08.2026
Döyüşdə yaralanan qazi əlillik ala bilmir: Xəstəxana ilə QALMAQAL – VİDEO
Hazırda oxunan: Döyüşdə yaralanan qazi əlillik ala bilmir: Xəstəxana ilə QALMAQAL – VİDEO
Hazırda oxunan: Döyüşdə yaralanan qazi əlillik ala bilmir: Xəstəxana ilə QALMAQAL – VİDEO
633753
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































