Tramp: “Netanyahu ilə Livan məsələsində razı deyiləm”

Tramp: “Netanyahu ilə Livan məsələsində razı deyiləm”

Hazırda oxunan: Tramp: “Netanyahu ilə Livan məsələsində razı deyiləm”

617798

Tramp bəzi məsələlərdə, o cümlədən Livan mövzusunda Netanyahu ilə razılaşmadığını bildirib.
ABŞ Prezidenti Donal Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə hər mövzuda həmfikir olmadığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ lideri "NBC" telekanalına müsahibəsində danışıb.

Tramp fikir ayrılıqlarına baxmayaraq, İsrail hökumətinin rəhbəri ilə yaxşı münasibətdə olduğunu qeyd edib.
 

"Mən bir neçə məsələdə onunla razı deyiləm. Mən Livanın daha yaxşı bir həyata sahib olmasını istərdim", - deyə prezident bildirib.


Tramp əlavə edib ki, Livanın şiə hərəkatı "Hizbullah"a qarşı daha dəqiq zərbələrin endirilməsini görmək istərdi. O, ABŞ-nin bu məsələdə kömək etməyə hazır olduğunu bəyan edib və ya İsrailə Suriyaya müraciət etməyi tövsiyə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO