Rumıniya Qalaç şəhərində yaranmış vəziyyətlə bağlı NATO müttəfiqlərini və alyansın baş katibini məlumatlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
MÖVZU İLƏ BAĞLI :
SON DƏQİQƏ! Rusiyadan Rumıniyaya PUA hücumu – Yaralılar var – ANBAAN VİDEO
Belə ki, Buxarest pilotsuz uçuş aparatlarına qarşı mübarizə vasitələrinin Rumıniyaya ötürülməsi prosesinin sürətləndirilməsi üçün NATO-dan əlavə tədbirlər görülməsini xahiş edib.
Nazirlik bildirib ki, məsələ ilə bağlı müttəfiqlərlə məsləhətləşmələr davam etdirilir.
Qeyd olunub ki, Rusiya Federasiyası bu ciddi və məsuliyyətsiz hərəkətlərə görə birbaşa öhdəlik daşıyır.
Xatırladaq ki, Mayın 28-dən 29-na keçən gecə Rumıniyanın Qalaç şəhərində Rusiyaya məxsus pilotsuz uçuş aparatı çoxmənzilli yaşayış binasının damına çırpılıb. Nəticədə 2 nəfər xəsarət alıb, bina sakinləri təxliyə edilib.
Bizim.Media







































































































