Rossbax: “Daha çox gözləməyə vaxtımız yoxdur”

Rossbax: “Daha çox gözləməyə vaxtımız yoxdur”

Hazırda oxunan: Rossbax: “Daha çox gözləməyə vaxtımız yoxdur”
614290
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Dünyanın hər yerində bir çox layihələrimiz və bir çox müdaxilə proqramlarımız mövcuddur. Lakin, mən hesab edirəm ki, bir cəmiyyət olaraq biz bu problemi lazımi miqyasda həll edə bilməmişik. Layihələri sistemli dəyişikliyə çevirməyi bacarmamışıq və qeyri-formal məskunlaşma problemlərinin həllinin milli sistemlərə- qanunlara, qaydalara, maliyyə sistemlərinə və yerli səviyyəyə inteqrasiya olunmasını tam təmin edə bilməmişik”.

Bizim.Media xəbər verir ki, bu sözləri "Dünyada mənzil üçün qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların dəyişdirilməsi" adlı tədbirdə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax deyib.

"İnaniram ki, indi biz Yeni Şəhərsalma Gündəliyinin ortamüddətli icrasının nəzərdən keçirilməsi mərhələsinə yaxınlaşırıq. Uğursuzluğa düçar olduğumuzu qəbul etməyimiz çox vacibdir və bu, mənə çox aydındır. Bu cəbhədə biz bir cəmiyyət olaraq uğursuz olduq. Daha çox gözləməyə isə vaxtımız yoxdur, çünki bu, humanitar bir vəziyyətdir", - deyə Anaklaudia Rossbax vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO