Tramp Ağ Evin damında dronlar yerləşdirəcək

Tramp Ağ Evin damında dronlar yerləşdirəcək

Hazırda oxunan: Tramp Ağ Evin damında dronlar yerləşdirəcək

614238

ABŞ Prezidenti Donald Tramp Ağ Ev ərazisində tikilən yeni banket zalının damında pilotsuz uçuş aparatlarının yerləşdiriləcəyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bina Vaşinqtonun müdafiəsi üçün xüsusi şəkildə layihələndirilib.

“Dam tam şəkildə elə hazırlanıb ki, orada hərbçilər yerləşdirilə bilsin. Snayperlər üçün Vaşinqtona hərtərəfli baxış imkanı olacaq”, - Tramp qeyd edib.
 

ABŞ prezidenti bildirib ki, dam həm də dronlar üçün platforma rolunu oynayacaq və “məhdudiyyətsiz sayda pilotsuz aparat” qəbul edə biləcək.


“Əgər dron damı vursa belə, geri sıçrayacaq və zərər verməyəcək”, - deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO