ABŞ Rusiya, İran və Kuba ilə qarşıdurmanı özü seçib və bu ölkələrin hazırda Amerikanın maraqlarına qarşı fəaliyyət göstərməsinin yeganə səbəbi elə budur.
Bizim.Media xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində ABŞ ordusunun istefada olan podpolkovniki Deniel Devis yazıb.
"Rusiya, İran və indi də Kubanın bizim maraqlarımıza qarşı fəal şəkildə birlikdə hərəkət etməsinin yeganə səbəbi ondan ibarətdir ki, biz onlardan birinə (İran – red.) iki dəfə hücum etmişik, digərinə (Rusiya-red.) qarşı dördillik müharibəni dəstəkləmişik və üçüncünü (Kuba-red.) hədələyirik. Heç kim bizə qarşı müharibəni seçməyib. Və biz bu münaqişələri dəstəklədiyimiz üçün əziyyət çəkmişik", – deyə o qeyd edib.
Devis həmçinin vurğulayıb ki, Rusiya, İran və Kuba Vaşinqton onlarla qarşıdurmanı seçməzdən əvvəlki dövrlə müqayisədə daha da gücləniblər və indi ABŞ üçün daha böyük təhdid yaradırlar.
Bizim.Media

































































































