Pakistan WUF13-də ən böyük çaykənarı şəhər layihəsini təqdim etdi - VİDEO

Pakistan WUF13-də ən böyük çaykənarı şəhər layihəsini təqdim etdi - VİDEO

Hazırda oxunan: Pakistan WUF13-də ən böyük çaykənarı şəhər layihəsini təqdim etdi - VİDEO

613903

Pakistan Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) ən böyük çaykənarı şəhər layihəsini təqdim edib və beynəlxalq investorları əməkdaşlığa dəvət edib.

Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a açıqlaması zamanı Pakistanın Pəncab hökumətinin Ravi Şəhərsalma İnkişafı İdarəsinin (RUDA) xüsusi təşəbbüslər, korporativ sosial məsuliyyət və müxtəliflik məsələləri üzrə direktoru Fatima Ali Xan bildirib.

Fatima Ali Xan qeyd edib ki, nümayəndə heyəti dünyanın ən böyük çaykənarı şəhər layihəsini təqdim edir.

“Layihə çayın hər iki sahili boyunca 46 kilometr ərazini əhatə edəcək. Bu, Pakistan hökumətinin daşınmaz əmlak sahəsində ən iri layihəsi və Pəncab hökumətinin flaqman təşəbbüsüdür. Layihə Pəncabın Baş naziri Məryəm Nəvaz Şərif tərəfindən dəstəklənir. Biz burada xəstəxanalar, tibb kollecləri, universitetlər, məktəblər, hotellər, mühəndislik infrastrukturu, tullantı sularının təmizlənməsi qurğuları, kurortlar, parklar, hətta hava limanı kimi müxtəlif layihələr təqdim edirik”, – deyə o qeyd edib.

Fatima Ali Xan vurğulayıb ki, layihə xarici investorlar üçün geniş imkanlar yaradır:

“Biz həm Pakistan, həm də xaricdən olan investorları əməkdaşlıq imkanlarını araşdırmağa dəvət edirik. Bu şəhər böyük perspektivlər, maliyyə üstünlükləri və yüksək investisiya gəlirləri təqdim edir”.

Fatima Ali Xan həmçinin WUF13-ün Bakıda təşkilini və Azərbaycan xalqının qonaqpərvərliyini yüksək qiymətləndirib.

“Bu, Azərbaycan hökumətinin çox gözəl təşəbbüsüdür. İnsanlar son dərəcə qonaqpərvərdirlər, Bakı isə sanki nağıl şəhəridir. Memarlıq, atmosfer, işıqlandırma, tarixi və müasir üslubun harmoniyası, mətbəx və insanların mehribanlığı – hər şey ən yüksək səviyyədədir. Hər kəsi Bakıya gəlməyə, bu şəhəri görməyə və onun atmosferini hiss etməyə çağırıram”, – deyə Fatima Ali Xan əlavə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO