Qalibaf: “ABŞ-ın İranda “Mənə inan, qardaş” əməliyyatı iflasa uğradı”

Qalibaf: “ABŞ-ın İranda “Mənə inan, qardaş” əməliyyatı iflasa uğradı”

Hazırda oxunan: Qalibaf: “ABŞ-ın İranda “Mənə inan, qardaş” əməliyyatı iflasa uğradı”

611670

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Vaşinqtonla Tehran arasında mümkün razılaşma barədə media məlumatlarına istehza ilə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, Qalibaf bu barədə X sosial şəbəkəsində paylaşım edib.

“Mənə inan, qardaş” əməliyyatı iflasa uğradı. İndi “Fauxios” əməliyyatı ilə adi rejimə qayıdırıq”, - deyə o yazıb.

Qeyd edək ki, “Fauxios” ifadəsi ingilis dilində “saxta” mənasını verən “faux” sözü ilə Axios xəbər portalının adının birləşməsindən yaranan söz oyunudur.

Bununla Qalibaf, ehtimal ki, Axios-un ABŞ və İran arasında memorandumla bağlı yaydığı məlumatların həqiqətə uyğun olmadığını nəzərdə tutub.

Xatırladaq ki, Axios mayın 7-də ABŞ-ın İranla bağlı memorandum təklifinə yaxın vaxtlarda cavab gözlədiyini yazıb.

Daha əvvəl isə portal Vaşinqton və Tehranın nüvə proqramı üzrə memorandum layihəsini müzakirə etdiyini bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO