Rusiyada hərbi xidmətə getməyənlər üçün YENİ ÜSUL

Rusiyada hərbi xidmətə getməyənlər üçün YENİ ÜSUL

Hazırda oxunan: Rusiyada hərbi xidmətə getməyənlər üçün YENİ ÜSUL

611385

Rusiyada Əmək Nazirliyinin əmri ilə alternativ mülki xidmət (AMS) üçün nəzərdə tutulan peşələrin siyahısı genişləndirilib.

Bizim.Media xəbər verir ki, yenilənmiş siyahıya 92 yeni ixtisas əlavə olunub və ümumi peşələrin sayı 363-ə çatdırılıb.

Siyahıya kostyumçu, piano və royalların sazlayıcısı, zooloq, sinoptik, elektrik, tornaçı, dalğıc, qaz qaynaqçısı, meşə yanğınsöndürəni və müxtəlif tibbi ixtisaslar daxil edilib.
 

Eyni zamanda, alternativ xidmət keçmək mümkün olan təşkilatların sayı da artırılıb – 1798-dən 1927-yə yüksəlib.


Qeyd edək ki, alternativ mülki xidmət hərbi xidmətin şəxsin dini inanclarına və ya əqidəsinə zidd olduğu hallarda, həmçinin azsaylı yerli xalqlara mənsub şəxslər üçün nəzərdə tutulur. (musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO