Çində əyri “Juyi” körpüsü yenidən ziyarətçilərin üzünə açıldı – VİDEO

Çində əyri “Juyi” körpüsü yenidən ziyarətçilərin üzünə açıldı – VİDEO

Hazırda oxunan: Çində əyri “Juyi” körpüsü yenidən ziyarətçilərin üzünə açıldı – VİDEO

611257

Çində turistlərin böyük marağına səbəb olan əyri “Juyi” körpüsü yenidən istifadəyə verilib.

Bizim.Media xəbər verir ki, körpü Çinin Çjetszyan əyalətində yerləşən Şenşyançzü mənzərəli turizm zonasında yerləşir.

Körpünün uzunluğu təxminən 100 metrdir. O, iki dağ zirvəsini birləşdirir və yerdən 140 metr hündürlükdə yerləşir.

“Juyi” körpüsü qeyri-adi forması ilə məşhurdur. Onun dizaynı Çin mədəniyyətində uğur və xoşbəxtlik rəmzi sayılan “ruyi” talismanını xatırladır.

Körpünün ən diqqətçəkən hissələrindən biri isə şüşə döşəməli bölmələridir. Turistlər bu hissələrdən keçərkən 140 metr hündürlükdən aşağı mənzərəni görə bilirlər.

Sosial şəbəkələrdə körpü “pulsuz attraksion” kimi təqdim olunur. Ziyarətçilər bildirirlər ki, əyri forması və şüşə keçidləri səbəbindən körpüdən keçmək adrenalin dolu təcrübə yaradır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO