Kabab sevənlərin nəzərinə

Kabab sevənlərin nəzərinə

Hazırda oxunan: Kabab sevənlərin nəzərinə

611114

Mütəxəssislər çox qızardılmış kababın sağlamlıq üçün yarada biləcəyi təhlükələr barədə xəbərdarlıq ediblər.

Bizim.Media xəbər verir ki, həkimlərin sözlərinə görə, ət yüksək temperaturda və uzun müddət açıq alovda bişirildikdə, tərkibində kanserogen maddələrin yaranma ehtimalı artır. 

Bu maddələr onkoloji xəstəliklərin riskini yüksəldə və eyni zamanda orqanizmdə erkən qocalma proseslərini sürətləndirə bilər.
 

Qeyd olunur ki, ətin üzərində əmələ gələn və qismən yanmış qabıq xüsusilə mədə-bağırsaq sisteminə zərər verə, selikli qişanı qıcıqlandıra bilər.


Bundan əlavə, mütəxəssislər ən riskli qrup kimi həddindən artıq qızardılmış kolbasa və sosisləri göstərirlər. Bu məhsulların tərkibində yüksək miqdarda duz və müxtəlif dad artırıcıları olduğu üçün, termiki emal zamanı daha çox kanserogen maddələr əmələ gələ bilər. (demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO