Yaponiyada 21 yaşlı tələbə qız pul qarşılığında görüşdüyü kişinin doğma atası olduğunu öyrənib.
Bizim.Media xəbər verir ki, bu barədə “Tokyo Reporter” məlumat yayıb.
Hadisə Yaponiyanın Saytama şəhərində baş verib. Mətbuatda Vakana Sonobe adı ilə təqdim olunan qız doğma atasını heç vaxt görməyib.
Məlumata görə, onun anası 17 yaşında kafedə işləyərkən özündən 10 yaş böyük, evli bir kişi ilə tanış olub.
Münasibət qadının hamilə qalmasından sonra bitib. Qadın qızını tək böyüdüb, kişi isə hadisədən sonra həyat yoldaşından boşanmalı olub.
Vakananı böyüdən anası uşaq səbəbindən məktəbi bitirə bilməyib. Qız isə anasının taleyini təkrarlamaq istəməyib və universitetə qəbul olunmağa çalışıb.
Pul lazım olduğu vaxtlarda tanışı ona varlı kişilərlə ödənişli görüşlər təşkil edən tanışlıq tətbiqi barədə danışıb.
Vakana həmin tətbiq vasitəsilə 48 yaşlı kişi ilə tanış olub. Yaş fərqinə baxmayaraq, münasibət qısa müddətdə romantik xarakter alıb və təxminən iki il davam edib.
Universitetin üçüncü kursunda oxuyarkən Vakana hamilə qalıb. Bundan sonra kişi ona evlilik təklif edib. Qız razılaşıb və onu anası ilə tanış etməyə aparıb.
Məhz həmin görüş zamanı məlum olub ki, Vakananun münasibətdə olduğu kişi onun doğma atasıdır.
Hadisədən bir neçə gün sonra qız hamiləliyi sonlandırıb.
“Taleyimdən şikayət etməkdən başqa heç nə qalmır”, - deyə Vakana bildirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:31 / 28.04.2026
Tələbə qızın pul qarşılığında görüşdüyü kişinin doğma atası olduğu üzə çıxdı
Hazırda oxunan: Tələbə qızın pul qarşılığında görüşdüyü kişinin doğma atası olduğu üzə çıxdı
Hazırda oxunan: Tələbə qızın pul qarşılığında görüşdüyü kişinin doğma atası olduğu üzə çıxdı
609895
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































