Berlin divarında Qorbaçovun əl izi -  FOTO

Berlin divarında Qorbaçovun əl izi - FOTO

Hazırda oxunan: Berlin divarında Qorbaçovun əl izi - FOTO

60802
SSRİ-nin ilk və yeganə prezidenti Mixail Qorbaçov Berlin divarının yıxılmasının 25-ci ildönümü tədbirlərində iştirak etmək üçün Almaniyaya gedib. 

ANS PRESS-in məlumatına görə, Mixail Qorbaçovun səfəri əsnasında alman kansleri Angela Merkellə görüşəcəyi planlaşdırılır. 

Ötən gün “Sülh üçün sinema” adlı tədbirlər çərçivəsində Qorbaçovun vətəndaşlarla görüşü təşkil edilib. Tədbirdə turistlər və jurnalistlər qarşısında çıxış edən M.Qorbaçov Berlin divarından qalan böyük bir daşın üzərinə əl izlərini basıb.

O, Berlinə tez-tez gəlmədiyni, şəhərin və Almaniyanın dəyişdiyini gördüyü üçün xoşbəxt olduğunu bildirib. 

“Şərqi Almaniyaya ilk dəfə 1966-cı ildə gəldiyimi xatırlayıram. Çox sayda dağılmış binalar, qapqara hisə bürünmüş bir şəhər görmüşdüm. İndi isə hər şey fərqlidir. Hər şey dəyişib, yepyeni bir vəziyyətlə qarşı-qarşıyayıq.” ”“ deyə M.Qorbaçov səsləndirib. 

Qeyd edək ki, Almaniyada bu gün Berlin Divarlarının yıxılmasının 25-ci ildönümü ilə bağlı tədbirlər keçirilir. 1961-ci ildə tikilən divarlar anti-faşizmin rəmzi kimi tarixə düşüb. 1989-cu ildə divar yıxılmış, Şərqi və Qərbi Berlin birləşmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO