Tailandda yarasalarda yeni koronavirusun olduğu təsdiqləndi

Tailandda yarasalarda yeni koronavirusun olduğu təsdiqləndi

Hazırda oxunan: Tailandda yarasalarda yeni koronavirusun olduğu təsdiqləndi

612541

Tailand rəsmiləri yarasalarda koronavirusun yeni ştamının aşkar edildiyini təsdiqləyiblər.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Rəqəmsal İqtisadiyyat və Cəmiyyət Nazirliyi Saxta Xəbərlərlə Mübarizə Mərkəzinə (AFNC) istinadən məlumat yayıb.
 

Nazirliyin məlumatına görə, virus vəhşi heyvanlar arasında xəstəliklərin monitorinqi sistemi çərçivəsində, "One Health" (Vahid Sağlamlıq) konsepsiyası əsasında aşkar edilib. Bu konsepsiya insanlar, heyvanlar və ətraf mühit üçün təhdidlərin birgə nəzarətini nəzərdə tutur.


"Hazırda insanlar arasında yoluxma halı aşkar edilməyib", — deyə səlahiyyətli orqanlar vurğulayıb.

İlkin araşdırmalar göstərir ki, yeni virus COVID-19 ilə müqayisədə daha az yayılma potensialına malikdir və xəstəliyin daha yüngül keçməsinə səbəb olur.

Bununla yanaşı, COVID-19-a qarşı mövcud olan vaksinlərin yeni ştama qarşı da müdafiəni təmin edə bildiyi qeyd olunur. Hazırda yayılma riski aşağı qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO