Zaqatalanın Əliabad qəsəbəsində fərdi təsərrüfatlardan birində kişi meyiti tapılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəsəbə sakini 36 yaşlı Zaur Ramazanovun meyiti yaşadığı evin həyətyanı sahəsində ailə üzvləri tərəfindən aşkar edilib.
Hadisə barədə dərhal müavafiq orqanlar məlumatlandırılıb. Təcili tibbi xidmət həkimləri çatana kimi ölüm faktı qeydə alınıb.
Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
16:09 / 11.05.2026
Zaqatala sakininin meyiti həyətində aşkarlanıb
Hazırda oxunan: Zaqatala sakininin meyiti həyətində aşkarlanıb
Hazırda oxunan: Zaqatala sakininin meyiti həyətində aşkarlanıb
612461
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.









































































































