
- A-
- A
- A+
Cəmiyyət
23:39 / 11.05.2026
1 dəq oxunma
Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü -FOTO
Hazırda oxunan: Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü -FOTO
612568
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu Ağdam rayonunun Abdal kəndinə köçürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə onun oğlu Şamil sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, Müşfiq Abbasov 44 günlük Vətən müharibəsində iki oğlu – Şamil və İntiqamla birlikdə könüllü olaraq döyüşlərə qatılıb.
O, Ağdam istiqamətində bir çox hərbi əməliyyatlarda müvəffəqiyyətlər qazanıb və 6 oktyabr 2020-ci ildə rayonun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.
Ağdamın Abdal-Gülablı kəndində doğulan şəhidimiz Quzanlı kəndindəki Şəhidlər Xiyabanında dəfn olunmuşdu.
Prezident İlham Əliyevin sərəncamları ilə M. Abbasov ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən






































































































