İstanbul-Katmandu reysində İNSİDENT: Təyyarənin şassisində alov yarandı - VİDEO

İstanbul-Katmandu reysində İNSİDENT: Təyyarənin şassisində alov yarandı - VİDEO

Hazırda oxunan: İstanbul-Katmandu reysində İNSİDENT: Təyyarənin şassisində alov yarandı - VİDEO

612552

“Türk Hava Yolları”na məxsus İstanbul-Katmandu reysini həyata keçirən sərnişin təyyarəsində enişdən sonra insident baş verib.

Bizim.Media xəbər verir ki, Nepalın paytaxtı Katmandu şəhərində yerləşən Tribhuvan Beynəlxalq Hava Limanına eniş edən “Airbus A330” tipli təyyarənin şassisində yaranan nasazlıq səbəbindən qısa müddət ərzində alov və tüstü müşahidə olunub.

Məlumata görə, təyyarədə olan 277 sərnişin və 11 ekipaj üzvü təxliyə edilib. Hadisə zamanı xəsarət alan olmayıb.

İlkin ehtimala əsasən, insidentə hidravlik borudakı texniki nasazlıq səbəb olub. Hazırda araşdırma aparılır.

Hadisənin görüntülərini buradan izləyə bilərsiniz:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO