Trampın qolf klubunun yaxınlığında gəzən silahlı şəxs həbs edildi - FOTO

Trampın qolf klubunun yaxınlığında gəzən silahlı şəxs həbs edildi - FOTO

Hazırda oxunan: Trampın qolf klubunun yaxınlığında gəzən silahlı şəxs həbs edildi - FOTO

607208

Polis Los-Ancelesin prestijli ərazisində, ABŞ Prezidenti Donald Trampın qolf klubunun yaxınlığında ağır silahlanmış vəziyyətdə dolaşan Şon Ştayneri həbs edib.

Bizim.Media xəbər verir ki, bu barədə "New York Post" nəşri hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

"Qlendeyl sakini olan Şon Ştayner odlu silahın qanunsuz dövriyyəsi ilə əlaqədar bir neçə ağır cinayət törətməkdə ittiham olunur", - deyə məqalədə qeyd edilib.
 

Polis əməkdaşlarının sözlərinə görə, zirehli gödəkçə geyinmiş və özü ilə böyük silah, o cümlədən xarakterik ifadələri ilə "Coker" üslubunda bəzədilmiş tüfəng gəzdirən kişi Los-Ancelesin bahalı məhəllələrində hərəkət edib.


Həmin şəxs Ranco-Palos-Verdesdəki "Trump National Golf Club Los Angeles" qolf klubunun yaxınlığında gəzərkən diqqət çəkib və avtomobil yoluna qaçarkən saxlanılıb.

Həbs edildikdən sonra Ştayner etiraf edib ki, bundan bir qədər əvvəl qəzəbini tökmək məqsədilə havaya atəş açıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO