Telegraph: “Qərb Rusiyanın şərtləri ilə razılaşacaq”

Telegraph: “Qərb Rusiyanın şərtləri ilə razılaşacaq”

Hazırda oxunan: Telegraph: “Qərb Rusiyanın şərtləri ilə razılaşacaq”

60561

Rusiyanın qonşuları üzrə hökmranlığını bərpa etmək üçün unikal şansı var. Heç bir sanskiya Moskvanın hesablarına təsir etməyəcək. Bazarlar isə, Qərbin Kremlin şərtləri ilə razılaşacağını proqnozlaşdırırlar.

Bizim.Media xəbər verir ki, bu fikirlər nüfuzlu “Telegraph” nəşrində dərc olunan məqalədə öz əksini tapıb.

Belə ki, Rusiyanın valyuta ehtiyatı 635 milyard dollara bərabərdir və ölkənin dövlət borcu ÜDM-in 18 %-ni təşkil edir. Rusiya bu göstəricilərə görə dünyada müvafiq olaraq 5 və 6-cı yerlərdə qərarlaşıb. Eyni zamanda Rusiyada büdcə profisiti, yaxşı idarə olunan bank və maliyyə sisteminin olması bu göstəricilərin inkişafına imkan verir.
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna sərhədində gərginlik azalmır - Masanın üstündə 3 ssenari var


“Rusiya Mərkəzi Bankının makroiqtisadi komandası və xəzinəsi nümunəvidir”, - deyə “TS Lombard”ın direktoru Kristofer Qranvil bildirib.

Bundan əlavə, məqalədə Kremlin ciddi maliyyə məhdudiyyətləri ilə üzləşmədən Avropaya qaz tədarükünü 2 il və ya daha artıq müddətə kəsə biləcəyi də qeyd olunub. Bu səbəbdən də Qərbin sanksiyalar hədəsi ən yaxşı halda arzu kimi qiymətləndirilə bilər. 2014-cü ildəki Krım böhranından sonrakı sanksiyalar da örnək göstərilərək vurğulanıb ki, bu Rusiya iqtisadiyyatına və əhalinin gəlirlərinə mənfi təsir etsə də, ciddi nəticələrlə yadda qalmayıb.

“Qərb özünü xilas etmək üçün nəsə etməlidir. Lakin biz Rusiyanın 2-3 böyük bankına sanksiya tətbiqindən başqa heç nə gözləmirik. Bu dağıdıcı təsir göstərə bilərdi, amma ruslar buna öyrəşiblər. Yalnız Rusiyanı qlobal maliyyə sistemindən tamamilə uzaqlaşdırmaq real təsir göstərə bilər”, - Qranvil açıqlayıb.

Makroiqtisadi ekspert Kris Vifer isə, Avropanın Rusiyadan enerji asılılığına diqqət çəkib:

“Rusiya Krımın işğalından sonrakı sanksiyaların təsirini artıq aradan qaldırıb. Hal-hazırda Rusiyanın enerji sahəsində əlaqələri bloklana bilməz. Hətta Almaniya kansleri Olaf Şolz hələ də “Şimal Dəhlizi 2”nin təxirə salınacağını açıq şəkildə bildirmir. Bundan əlavə, Avropa İttifaqının bu addımı atmaq üçün yekdil qərarına ehtiyac olacaq və üzvlərin ortaq məxrəcə gəlməsi də çətin olacaq. Avropa Rusiya enerjisi olmadan bacara bilməz”.

Məqalədə xüsusilə, Rusiya ilə Çin arasında iqtisadi tərəfdaşlığın genişlənməsi vurğulanıb. Bildirilib ki, Qərb texnologiyaları olmasa belə, Çinlə tərəfdaşlıq bu sahədə boşluqları doldura bilər. 

Ukrayna böhranı barədə

NATO-ya üzv dövlətlər Rusiyaya qarşı sərt mövqelərini ortaya qoyaraq Ukraynaya müdaxilə halında, Kiyevin mübarizəsinə dəstək verəcəklərini bəyan ediblər. Rusiyanın Ukraynaya hücumdan imtina etməsi isə üç səbəbdən baş verə bilər:

1. ABŞ, Böyük Britaniya və Türkiyə Ukrayna ordusunun modernləşdirilməsi üçün kifayət qədər güclü silahlar verib.

2. Şərqi Avropanın NATO-ya üzv ölkələri sərt mövqelərini qorumağa davam edirlər. Hücum halında partizan və müqavimət hərəkatlarının dəstəklənməsi isə Rusiyaya baha başa gələcək.

3. Almaniya və Fransa bağlı qapılar arxasında Putinə istədiklərini verəcəklərini vəd ediblər. Bu isə, Moskvanın orbitinə daxil olmuş Ukraynadır.

Hazırki situasiyada yaşlı qitənin sakinləri faktiki olaraq vəziyyətə təsir göstərmirlər. Çünki Aİ Rusiyanın Gürcüstana müdaxiləsindən dərs çıxarmadılar. Sonrakı dövrdə isə, Rusiya hərbi potensialını artırmağa davam etdiyi təqdirdə, Avropa hərbi xərclərini azaltmaqla strateji təsir imkanlarını daha da azaldıb.

Verilən proqnozlar isə onu deməyə əsas verir ki, Qərb Kremlin şərtləri ilə razılaşacaq.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO