Dağıstanda daşqınlar: Yaşayış binası uçdu

Dağıstanda daşqınlar: Yaşayış binası uçdu

Hazırda oxunan: Dağıstanda daşqınlar: Yaşayış binası uçdu
605269
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Maxaçqalada güclü yağışlardan sonra baş verən daşqın nəticəsində çoxmənzilli yaşayış binası uçub. Daha bir neçə binanın da uçma təhlükəsi ilə üzləşdiyi bildirilir.

Bizim.Media  xəbər verir ki, Qazoprovodnaya küçəsində yerləşən binanın bünövrəsi su ilə yuyulub. Bundan sonra bina çökməyə başlayıb və şahidlərin gözü qarşısında uçub, bu zaman içəridə insanların olduğu ehtimal edilir.

FHN əməkdaşları təxliyə və axtarış-xilasetmə işləri aparırlar.
 

Şəhər meriyasından bildirilib ki, azı daha dörd çoxmənzilli yaşayış binasının uçma təhlükəsi var və bu binalardan artıq 300 nəfərə yaxın insan təxliyə olunub. Maxaçqalada fövqəladə vəziyyət rejimi elan edilib.


Prokurorluğun məlumatına görə, yaşayış binasının uçması faktı ilə bağlı yoxlamaya başlanılıb.

Güclü yağışlar regionda genişmiqyaslı daşqınlara səbəb olub. Dağıstanda 1000-dən çox ev hələ də su altında qalır, o cümlədən Maxaçqala, Dərbənd və Xasavyurt şəhərlərində binalara ziyan dəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO