Pakistanın Kəraçi şəhərində silahlı şəxslər polis idarəsinə hücum edib -xa0YENİLƏNİB

Pakistanın Kəraçi şəhərində silahlı şəxslər polis idarəsinə hücum edib -xa0YENİLƏNİB

Hazırda oxunan: Pakistanın Kəraçi şəhərində silahlı şəxslər polis idarəsinə hücum edib -xa0YENİLƏNİB

600365

Pakistanın Kəraçi şəhərində terrorçuların polis idarəsinə silahlı hücumu nəticəsində azı iki nəfər həlak olub, daha üç nəfər isə yaralanıb.

Silah və partlayış səslərinin eşidildiyi əraziyə polis snayperləri yerləşdirilib, bütün işıqlar söndürülüb.

Məlumata görə hücumun əvvəlində binanın daxilində bir neçə kiçik partlayışdan sonra güclü partlayış səsi eşidilib.

Talibanın Pakistandakı qolu – Təhrik-i-Taliban Pakistan (TTP) terror təşkilatı jurnalistlərə göndərdiyi mesajda hücuma görə məsuliyyəti üzərinə götürüb.

Binaya azı 5 terrorçunun daxil olduğu, hücum zamanı idarədə azı 30 polisin olduğu bildirilib.

Ərazidə nəqliyyatın hərəkəti məhdudladırılıb, hadisə yerinə təhlükəsizlik qüvvələrinin ağır texnikası və hərbçilər cəlb edilib.

Hücumun davam etdiyi bildirilir.

***

19.54

Pakistanın Kəraçi şəhərində silahlı şəxslər polis idarəsinə hücum edib.

Pakistan mətbuatı polis idarəsinin binasına azı 8-10 terrorçunun daxil olması ilə bağlı məlumat yayıb.

Binanın daxilində 2 saata yaxındır ki, atışma səslərinin eşidildiyi bildirilir.

İnsident zamanı xilasetmə rəsmisinin yaralandığı və xəstəxanaya aparıldığı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO