Samvel Karapetyan: Paşinyan məni istəyimdən məhrum edə bilməz

Samvel Karapetyan: Paşinyan məni istəyimdən məhrum edə bilməz

Hazırda oxunan: Samvel Karapetyan: Paşinyan məni istəyimdən məhrum edə bilməz
629284
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanın müxalif siyasətçisi, "Güclü Ermənistan" Partiyasının lideri, iş adamı və xeyriyyəçi Samvel Karapetyan Baş nazir Nikol Paşinyanın onu xeyriyyəçilik imkanlarından məhrum edəcəyi ilə bağlı bəyanatına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, Karapetyan jurnalistlərə açıqlamasında Paşinyanın belə bir addım atmasının mümkün olmadığını deyib.

"Mən Paşinyan hələ doğulmamışdan əvvəl xeyriyyəçiliklə məşğul olurdum. Ermənistan, erməni xalqı və bütün ermənilər üçün bunu etmişəm, edirəm və edəcəyəm. Heç kim məni bu istəyimdən məhrum edə bilməz", – deyə o bildirib.
 

Karapetyan hakimiyyəti ölkədə müsadirə olunmuş əmlakı idarə etmək qabiliyyətinin olmamasında ittiham edib və indiki hökumət dövründə Ermənistana ciddi xarici investisiyaların gəlmədiyini iddia edib.


O əlavə edib ki, müxalif qüvvələrin nümayəndələri ilə hər həftə görüşlər keçirilir və hakimiyyətin dəyişdirilməsi istiqamətində əməkdaşlıq davam edir. Bununla yanaşı, mübarizənin yalnız qanuni yollarla aparılacağını və ölkənin sarsıntılara sürüklənməyəcəyini vurğulayıb.

Karapetyan, həmçinin bildirib ki, hakimiyyət dəyişikliyi uğrunda mübarizənin uğur qazanması üçün öz rolunu vacib hesab edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO