“Hamısı hədəfə çatdı”: Zelenski Rusiyaya endirilən “Flamingo” raketləri HAQDA – VİDEO

“Hamısı hədəfə çatdı”: Zelenski Rusiyaya endirilən “Flamingo” raketləri HAQDA – VİDEO

Hazırda oxunan: “Hamısı hədəfə çatdı”: Zelenski Rusiyaya endirilən “Flamingo” raketləri HAQDA – VİDEO
598306
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Norveçin baş naziri Jonas Gahr Store ilə birgə mətbuat konfransında Rusiyanın Udmurtiya bölgəsində yerləşən “Votkinsk zavodu” hərbi-sənaye kompleksinə “Flamingo” raketləri ilə endirilən zərbənin detallarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə UNİAN nəşri yazıb.

Zelenskinin sözlərinə görə, Ukrayna 1400 kilometr məsafədə yerləşən hədəfə “Flamingo” raketləri ilə zərbə endirib:

“Hesab edirəm ki, bu, həqiqətən də sənayemiz üçün uğurdur”.

Prezident bildirib ki, Rusiya tərəfi Ukraynada “Flamingo” istehsalını hədəfə alır:

“Dediyim kimi, müvafiq Rusiya hücumları səbəbindən istehsal xəttinin yenilənməsini uzun müddət gözləməli olduq”.

O qeyd edib ki, Ukrayna istehsalçıları, o cümlədən Fire Point şirkəti “Flamingo” raketlərinin istehsalını artıracaq.

Zelenski zavoda neçə raketin buraxıldığını açıqlamayıb, lakin əlavə edib:

“Yalnız onu demək istəyirəm: Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulanlar oldu, vurulmayanlar oldu və dəqiq hədəfə dəyənlər oldu. Amma ən əsası budur ki, buraxılan bütün raketlər obyektə çatdı. Məncə, əsas uğur da budur. Yəni biz yüksək keyfiyyət, yaxşı əməliyyat və dəqiqlikdən danışırıq”.

Bundan əvvəl Ukrayna KİV-ləri “Flamingo” raketinin zərbəsi nəticəsində Udmurtiyadakı “Votkinsk zavodu”nun “İskander” ballistik raketlərinin istehsal olunduğu əsas sexlərindən birinin sıradan çıxarıldığını yazmışdı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO