Lukaşenko Vaşinqtona getmir - Sülh Şurasının tədbirinə bu siyasətçini göndərir

Lukaşenko Vaşinqtona getmir - Sülh Şurasının tədbirinə bu siyasətçini göndərir

Hazırda oxunan: Lukaşenko Vaşinqtona getmir - Sülh Şurasının tədbirinə bu siyasətçini göndərir
595708
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Belarus Prezidenti Aleksandr Lukaşenkoya Sülh Şurası çərçivəsində liderlərin ilk görüşünə dəvət göndərilib.

Bizim.Media xəbər verir ki, bu barədə BELTA agentliyinə Belarus Prezidentinin mətbuat katibi Natalya Eysmont məlumat verib.
 

“Bəli, Belarus Prezidentinə Sülh Şurası çərçivəsində liderlərin ilk görüşünə dəvət daxil olub. Təəssüf ki, dəvəti gec almışıq və həmin dövr üçün prezidentin iş qrafiki artıq planlaşdırılıb. Biz məmnuniyyətlə Amerika Birləşmiş Ştatlarına səfər edərdik, lakin təxirə salınması mümkün olmayan məsələlər var”, deyə o vurğulayıb.


Mətbuat katibi əlavə edib ki, qərar qəbul edilərkən mümkün logistik çətinliklər də nəzərə alınıb. Onun sözlərinə görə, xüsusilə Avropa İttifaqının tətbiq etdiyi “qanunsuz sanksiyalar” və Aİ üzərində hava məkanının bağlanması bu baxımdan problem yarada bilər.

“Bu səbəbdən və iştirak etmək istəyimizə baxmayaraq, prezident tədbirdə iştirak edə bilməyəcək. Bununla yanaşı vurğulamaq istəyirəm ki, biz ABŞ prezidentinin və Sülh Şurasının bütün dünya münaqişələrinin sülh yolu ilə həllinə yönəlmiş mövqeyini tam bölüşürük”, — deyə Natalya Eysmont bildirib.
 

O qeyd edib ki, Vaşinqtonda Belarus tərəfini xarici işlər naziri təmsil edəcək. Nazir Belarusun Sülh Şurasındakı iştirakı, regional vəziyyət və Belarus–ABŞ ikitərəfli münasibətləri ilə bağlı məsələlərə dərindən bələddir.


Mətbuat katibi əlavə edib ki, bu qərar barədə Amerika tərəfi artıq məlumatlandırılıb.

Qeyd edək ki, ABŞ Sülh Şurasının görüşünü 19 fevral 2026-cı il tarixində Vaşinqtonda keçirməyi planlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO