Ukrayna "Oreşnik" raketlərinin buraxıldığı poliqonu "Flaminqo" ilə VURDU

Ukrayna "Oreşnik" raketlərinin buraxıldığı poliqonu "Flaminqo" ilə VURDU

Hazırda oxunan: Ukrayna "Oreşnik" raketlərinin buraxıldığı poliqonu "Flaminqo" ilə VURDU
594640
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2026-cı ilin yanvar ayında Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Həştərxan vilayətində yerləşən Kapustin Yar sınaq poliqonuna bir sıra uğurlu zərbələr endirib.

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, zərbələr zamanı Ukrayna istehsalı olan uzun mənzilli FP-5 “Flamingo” sistemindən istifadə olunub.

Baş Qərargah bildirib ki, mövcud məlumatlara əsasən, poliqon ərazisindəki bəzi binalar müxtəlif dərəcədə zədələnib. Anqarlardan birinin ciddi zərər gördüyü, həmçinin şəxsi heyətin bir hissəsinin ərazidən təxliyə edildiyi qeyd olunur.

UNIAN-ın məlumatına görə, 2026-cı il yanvarın 17-də Ukrayna dronları Həştərxan vilayətində yerləşən Kapustin Yar sınaq poliqonuna hücum edib. Bildirilir ki, Rusiya daha əvvəl Ukraynaya qarşı istifadə etdiyi “Oreşnik” raketini məhz bu poliqondan buraxıb. Ərazidə hava hücumundan müdafiə sistemlərinin yerləşdirildiyi də qeyd olunur.

“Military” hərbi portalının yazdığına görə, Kapustin Yar poliqonu yalnız “Oreşnik” tipli orta mənzilli ballistik raketlərin buraxılışı üçün nəzərdə tutulmayıb. Burada müxtəlif qısa və orta mənzilli raketlər, qanadlı raketlər, eləcə də hava hücumundan müdafiə sistemləri də sınaqdan keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO