Bayram axşamı içki içənlərə PİS XƏBƏR

Bayram axşamı içki içənlərə PİS XƏBƏR

Hazırda oxunan: Bayram axşamı içki içənlərə PİS XƏBƏR
586124
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kardioloq bayram günlərində ürək üçün gizli təhlükə barədə xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, kardioloq Bindu Çebrolu bildirib ki, bayramlarda spirtli içki, çox yemək, az yatmaq və su çatışmazlığı ürək ritminin pozulmasına səbəb ola bilər. Bu risk əvvəllər ürək problemi olmayan insanlarda da yaranır.
 

Həkimin sözlərinə görə, bayram dövründə "bayram ürək sindromu" adlanan vəziyyət daha çox müşahidə olunur. Bu zaman ürək nizamsız döyünür. Problem adətən çox yeməkdən və spirtli içkidən 12-36 saat sonra ortaya çıxır. Əsas əlamətlər ürəkdöyünmə, sinədə narahatlıq, nəfəs darlığı və başgicəllənməsidir.


Çebrolu deyib ki, bu hal təhlükəlidir və müalicə olunmasa insult və ürək çatışmazlığına gətirib çıxara bilər.

Bayramlarda riski azaltmaq üçün normal yatmaq, duzlu yeməkləri azaltmaq, kifayət qədər su içmək və spirtli içkiləri enerji içkiləri ilə birlikdə qəbul etməmək tövsiyə olunur.

Həkim xüsusilə təzyiqi və şəkərli diabeti olanlara, eləcə də ürək ritmi problemi yaşayanlara spirtli içkidən uzaq durmağı məsləhət görüb. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO